ABŞ səfirliyinə əl qumbarası atdı, sonra intihar etdi

ABŞ səfirliyinə əl qumbarası atdı, sonra intihar etdi
Oxunma sayı: 1164

Monteneqro hökuməti naməlum şəxsin Podqoritsadakı ABŞ səfirliyi binasına partlayıcı qurğu atdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumətin rəsmi tvitter hesabında məlumat verilib. Hökumət partlayıcı qurğunun, böyük ehtimalla əl qumbarası olduğunu bildirib. Həmin şəxs daha sonra özünü öldürüb. 

Digər ölən və yaralananlarla bağlı məlumat yoxdur. 

Polis faktla bağlı araşdırma aparır. 

Qeyd edək ki, daha əvvəl Monteneqrodakı ABŞ səfirliyi öz vətəndaşlarını təhlükəsizlik üçün diplomatik binanın yerləşdiyi ərazidən uzaq durmağa çağırmışdı. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi