ABŞ səfirliyini atəşə tutan 6 şübhəlidən 3-ü həbs olundu

abs-sefirliyini-atese-tutan-6-subheliden-3-u-hebs-olundu
Oxunma sayı: 1538

ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumla bağlı saxlanılan 6 şühəlidən 3-ü həbs edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə tutulanlardan Ahmet Çelik, Osman Gündaş və Ersin bayramın həbsinə, digər 3 şübhəlinin isə sərbəst buraxılmasına qərar verib. Cinayətkarlar Sincan həbsxanasına göndərilib. 

Xatırladaq ki, avqustun 20-də ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olmuşdu.