ABŞ səfirliyinin işçisi öldürüldü

abs-sefirliyinin-iscisi-olduruldu
Oxunma sayı: 657

Yəmənin rəsmi qurumlarından verilən məlumata görə, ABŞ səfirliyinin təhlükəsizlik xidmətinin işçisi səhər saatlarında işə gedərkən yolda öldürülüb.

Əslən yəmənli olan Qasım Alqanın öldürülməsində Əl-Qaida terror qruplaşmasının əli olduğu guman edilir.

“Motosiklet hücumları adətən, Əl-Qaida terror qruplaşması tərəfindən həyata keçirilir. Belə ki, bu yolla terrorçular daha rahat plan qurub, hücum edə bilirlər.”, - deyə Yəmən Daxili İşlər Nazirliyinin əməkdaşı bildirib.