ABŞ səfirliyinin maşını Bakıda qəzaya düşüb

abs-sefirliyinin-masini-bakida-qezaya-dusub
Oxunma sayı: 641

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.