ABŞ senatı da Səudiyyə şahzadəsini günahkar bildi

abs-senati-da-seudiyye-sahzadesini-gunahkar-bildi
Oxunma sayı: 1117

ABŞ Konqresinin senatı İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçının cinayətində Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanı məsul tutan qətnaməni qəbul edib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, daha əvvəl eyni iddia ilə Türkiyənin prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri Fəxrəddin Altun çıxış etmişdi. O, Qaşıqçının qətlində birbaşa şahzadəni günahlandıraraq Səudiyyə Ərəbistanının qatilləri Türkiyəyə verməkdən imtina etdiyini bildirmişdi.