ABŞ Şimali Koreyaya qarşı sanksiyaları artırdı

abs-simali-koreyaya-qarsi-sanksiyalari-artirdi
Oxunma sayı: 872

ABŞ hökuməti Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
 
“Qafqazinfo”nun “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, sanksiyalar 1 fiziki şəxs, 27 şirkət və 28 gəmiyə şamil olunub. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
 
Qeyd olunur ki, sanksiya siyahısına Çin, Tayvan və Sinqapur şirkətləri də daxil edilib.