ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

abs-simali-koreyaya-qarsi-yeni-sanksiyalar-tetbiq-edib
Oxunma sayı: 709

ABŞ KXDR-ə qarşı ölkə lideri Kem Çen Inın qardaşı Kim Çen Namın qətlə yetirilməsi zamanı kimyəvi silahdan istifadəyə görə sanksiyalar tətbiq edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Bu sanksiyalar Şimali Koreyanın qanunsuz fəaliyyətinə qarşı yönəlmiş ABŞ-da mövcud olan bütün sanksiyaları tamamlayır. Sanksiyalar 2018-ci il martın 5-də Federal reyestrdə dərc edildiyi andan qüvvəyə minib”,deyə məlumatda bildirilir.