ABŞ Suriya hərbçilərini bombaladı, 200-dən çox ölən var - Video

abs-suriya-herbcilerini-bombaladi-200-den-cox-olen-var
Oxunma sayı: 3452

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ez-Zor əyalətində Əsəd rejiminə məxsus “T-72” tipli tankı vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Business Insider” nəşri aviazərbəni əks etdirən kadrları yayımlayıb.

Məlumata əsasən, hava zərbəsi fevralın 7-də endirilib. Kadrlarda “T-72” tipli tankın vurulma anı əks olunub. Zərbə nəticəsində 25 hərbçi yaralanıb. “Başqa Rusiya” təşkilatı Suriyada könüllü olan rusiyalı aktivistin həlak olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi Pentaqonun əsl məqsədinin İŞİD-lə mübarizə deyil, Suriyanın iqtisadi aktivlərini ələ keçirmək olduğunu qeyd ediblər.

"Unian.net"in məlumatına görə, koalisiya qüvvələri Suriya rejiminə dəstək verən silahlıları məhv edib. Bir qədər sonra həmin döyüşçülərin Rusiyanın özəl hərbi şirkəti olan "Vaqner"in muzdlu əsgərləri olduğu məlum olub. Öldürülən hərbçilərin sayının 200-dən çox olduğu bildirilir. 

"Bloomber" nəşri də ölən əsgərlərin sayının 200-dən çox olduğunu yazıb.