ABŞ Suriya təyyarəsini vurdu, Rusiya o anlaşmanı pozdu

ABŞ Suriya təyyarəsini vurdu, Rusiya o anlaşmanı pozdu
Oxunma sayı: 1020

Rusiya Müdafiə Nazirliyi Suriya ilə bağlı ikitərəfli memorandum çərçivəsində Pentaqonla qarşılıqlı əlaqələri dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya bu addımı ABŞ-ın Suriya qırıcısını vurmasından sonra atıb:

“Rusiya Müdafiə Nazirliyi iyunun 19-da Suriyada əməliyyatların gedişində aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək və insidentlərin qarşısını almaq üçün imzalanan memorandum çərçivəsində Amerika tərəfi ilə qarşılıqlı əlaqələri dayandırır”. 

Qeyd edək ki, daha əvvəl Suriya ordusu bəyan etmişdi ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Dəməşqin hərbi təyyarəsini vurub. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ABŞ Suriyanın ərazi bütövlüyünə hörmət etməli və ölkədə təktərəfli addımlar atmaqdan çəkinməlidir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi