“ABŞ Suriyada alternativ ordu yaratmağa çalışır” - Lavrov

abs-suriyada-alternativ-ordu-yaratmaga-calisir-lavrov
Oxunma sayı: 1516

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Suriyada alternativ ordu yaratmağa çalışdığını deyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Ofisində təşkil edilən mətbuat konfransında gündəmlə bağlı sualları cavablandıran S.Lavrov bunları deyib:

“ABŞ separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-dən ibarət olan terror ordusu qurur. Amerikanın məsələ ilə bağlı ziddiyyətli açıqlamaları narahatlıq yaradır. Suriyanın şimalında alternativ ordu formalaşdırmağa çalışan ABŞ bununla Suriyanın ərazi bütövlüyü məsələsində bura qədər verdiyi sözlərə xilaf çıxır”.