“ABŞ Suriyadakı kürdlərlə əməkdaşlığına son qoymalıdır” - İbrahim Kalın

abs-suriyadaki-kurdlerle-emekdasligina-son-qoymalidir
Oxunma sayı: 842

“Ankara hesab edir ki, ABŞ Suriyadakı “Demokratik İttifaq” kürd partiyası və “Xalq özünümüdafiə qüvvələri” qruplaşması ilə əməkdaşlığa son verməlidir”.

“Qafqazinfo” türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın mətbuat konfransı zamanı deyib.

Onun  sözlərinə görə, adıçəkilən partiya və təşkilatı dəstəkləmək, faktiki olaraq, terrorizmlə mübarizədə ABŞ-ın ikili standartlar yeritməsi deməkdir.