ABŞ Suriyanı bombaladı - Ən az 40 ölü

abs-suriyani-bombaladi
Oxunma sayı: 1426

ABŞ-ın liderliyi ilə beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Deyrizor əyalətində Əsəd rejiminə aid hədəfləri bombalayıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, azı 40 nəfər rejim əsgərinin öldüyü bildirilir.

Digər əsgərlər isə bölgədən çəkilmək məcburiyyətində qalıb. Koalisiya təyyarələri rejimin Fərat çayını keçmək üçün qurduğu səyyar körpünü vuraraq istifadəsiz hala salıb. 

Qeyd edək ki, Əsəd rejiminə aid hərbçilər Fərat çayını keçərək İŞİD-in nəzarətindəki Həcin bölgəsinə irəliləməyə çalışıb.