ABŞ Suriyaya 200 milyonluq yardım göndərir

abs-suriyaya-200-milyonluq-yardim-gonderir
Oxunma sayı: 1080

ABŞ Suriyaya 200 milyon dollar humanitar yardım ayırmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson məlumat verib. Onun sözlərinə görə, yanvarda Suriyaya 216 milyon dollarlıq humanitar yardım artıq göndərilib. 

Tillerson Suriyanın azad edilmiş rayonlarında stabilliyin təmin edilməsi üçün daha 200 milyon dolların ayrıldığını qeyd edib. Baş katib Vaşinqtonun Suriyanın şimal-qərbindəki situasiyadan narahat olduğunu, lakin Türkiyənin təhlükəsizlik problemi ilə bağlı narahatlığını da anladıqlarını vurğulayıb. 

Onun sözlərinə görə, beynəlxalq alyans Suriya və İraqda İŞİD tərəfindən tutulan ərazilərin 98 faizini azad edə bilib, lakin terrorçular üsyançı hərəkatı Liviya, Əfqanıstan və Filippinlərdə formalaşdırmağa çalışırlar.