ABŞ Suriyaya yardımı dayandırdı

abs-suriyaya-yardimi-dayandirdi
Oxunma sayı: 653

ABŞ hökuməti Suriyanın şimal-qərbinə yardım proqramını dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Bildirilib ki, ABŞ hər il “yerli cəmiyyətin inkişafı” və “müstəqil cəmiyyət və KİV-ə dəstək” üçün müxtəlif vasitələrdən istifadə edib. Buna baxmayaraq, prqoramın dayandırılması qərarı verilib. Amerikanın regiondan çıxması qərarı Avropa ölkələrinə də bildirilib. 

Xatırladaq ki, daha əvvəl Amerika administrasiyası “Ağ kaskalar” qeyri-hökumət təşkilatının maliyyələşdirilməsinin dayandırılması haqda qərar vermişdi. 

Nuranə