ABŞ təhdid etdi, İraq İranla bank əməliyyatlarını dayandırdı

abs-tehdid-etdi-iraq-iranla-bank-emeliyyatlarini-dayandirdi
Oxunma sayı: 3524

İraq hökuməti ABŞ-ın Tehrana qarşı sanksiya qərarından sonra bu ölkənin maliyyə qurumları ilə bank köçürmələrini dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə İraqın Al-Mada nəşri məlumat yayıb.  

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəzi Bankına məktub yollayıb. Məktubda ABŞ İraq banklarını aktivlərini dondurmaq və qara siyahıya salmaqla təhdid edərək İran bankları ilə bütün əməliyyatları dayandırmağa məcbur edib. 

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Mazhar Məhəmməd bildirib ki, bank sektorundan başqa, antiiran məhdudiyyətləri enerjiyə də şamil edilib. Hazırda İraq hökuməti İrana alternativ olacaq enerji mənbələri axtarışına başlayıb. 

Müşavir, eyni zamanda vurğulayıb ki, ABŞ sanksiyaları Tehranla Bağdad arasındakı ticari əməliyyatlara mənfi təsir edəcək.