ABŞ terrorçuların tapılacağına söz verdi

abs-terrorcularin-tapilacagina-soz-verdi
Oxunma sayı: 814

ABŞ-ın vitse-prezidenti Mayk Pens Barselonada baş verən terror hadisəsinə görə məsuliyyət daşıyanların tapılacağına söz verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bu son hücum radikal islam terrorizminin qarşılaşdığımız ən böyük təhlükələrdən biri olduğunu yenidən göstərir. Hücuma görə İŞİD məsuliyyəti öz üzərinə götürüb. Günahkarın kim olmağından asılı olmayaraq ABŞ öz müttəfiqləri ilə onları tapacağına və cəzalandıracağına söz verir”,- deyə Pens bildirib.

Qeyd edək ki, Barselonada sürücü mikroavtobusu insanların üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. İnsident terror aktı kimi qiymətləndirilib.