ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - Siyahı

abs-terrorizmle-mubarize-adi-altinda-yarim-milyon-insan-oldurub
Oxunma sayı: 1570

ABŞ-ın 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin partladılmasından sonra “terrorizmlə mübarizə” adı altında başlatdığı əməliyyatlarda 480-507 min arası insan öldürülüb.

“Qafqazinfo” “Dunyabulteni.com”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Braun Universitetinin nəzdindəki Uotson İntutunun araşdırmasında qeyd olunub.

Məlumata görə, ən çox ölüm hadisələri Əfqanıstan, İraq və Pakistanda qeydə alınıb. Amerikanın itkilərinin isə İraq və Əfqanıstanda 7 min əsgər olduğu bildirilir.

Silahsız vətəndaşların öldürülməsi ilə bağlı rəqəmlər aşağıdakı kimidir:

- İraqda 204 min 575 nəfər

- Əfqanıstanda 38 min 480 nəfər

- Pakistanda 23 min 372 nəfər

Araşdırmanı qələmə alan Nera Krauford ölü sayının daha çox ola biləcəyini də istisna etməyib. Müharibələr zamanı xəstəliklərdən ölənlər isə siyahıya daxil edilməyib.

ABŞ-ın bu əməliyyatlara ümumilikdə 6 trilyon dollar yaxın maliyyə sərft etdiyi də vurğulanıb.