ABŞ Trampın Rusiya ilə əlaqələrini araşdırır - “Bu, cadugər ovudur”

abs-trampin-rusiya-ile-elaqelerini-arasdirir
Oxunma sayı: 652

ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələrinin araşdırılması üçün ölkənin Ədliyyə nazirliyi tərəfindən Robert Millerin xüsusi prokuror təyin edilməsinə reaksiya verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampın fikrincə bu araşdırma ölkənin bölünməsini dərinləşdirir və yerinə yetirməyə çalışdığı işlərdən onu yayındırır. 

Dövlət başçısı  bəyan edib ki, ötən il seçki kampaniyası dövründə onunla Rusiya arasında heç bir razılaşma olmayıb:

“Bu, ABŞ tarixində siyasətə münasibətdə çox böyük cadugər ovudur”.