ABŞ Türkiyə ilə razılaşmaq istəyir - “Təhlükəsiz bölgə üçün birlikdə çalışa bilərik”

abs-turkiye-ile-razilasmaq-isteyir
Oxunma sayı: 1355

Türkiyə ordusunun Afrinə əməliyyatına ən başından qarşı çıxan ABŞ-dan gözlənilməz açıqlama gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Londonda səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson keçirdiyi mətbuat konfransında “Zeytun budağı” adlı əməliyyat barədə danışıb.

O deyib ki, ABŞ Türkiyənin keçirdiyi bu əməliyyatdan narahatdır:

“Türkiyənin vətəndaşlarını terrorçulardan qorumağa yönəlmiş addımlarını tanıyır və təqdir edirik. ABŞ hər iki tərəfdən sivil vətəndaşların ölüm hallarını ən aza endirməyi istəyir. Bundan başqa, Suriyanın şimali-qərbində qurulması gözlənilən “təhlükəsiz bölgə” ilə bağlı Türkiyəylə birlikdə çalışmağı ümid edirik”.

Tillerson sözlərinə əlavə edib ki, həm rəsmi Ankara, həm də əməliyyatda iştirak edən qüvvələrlə razılığın əldə edilməsi üçün görüşmələr aparılıb.

Qeyd edək ki, Türkiyə ordusu 3 gündür Suriyanın Afrin bölgəsində YPG/PKK terrorçularına qarşı əməliyyata start verib.