ABŞ Türkiyə sərhədinə 30 minlik qoşun yığır - Vəziyyət gərginləşir

abs-turkiye-serhedine-30-minlik-qosun-yigir
Oxunma sayı: 5271

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrin əməliyyatının yaxın günlərdə başlayacağını elan etməsindən sonra ABŞ-dan gözlənilməz addım gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriya – Türkiyə sərhədinə 30 minlik “sərhəd təhlükəsizliyi qüvvələri” göndəriləcəyini açıqlayıb.

Qüvvələrin idarəetməsi isə PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələrinə (SDQ) həvalə ediləcək.

Məlumata görə, qoşun Fərat çayı sahillərinə yerləşdiriləcək.