ABŞ Türkiyədəki istefaları dəyərləndirdi

abs-turkiyedeki-istefalari-deyerlendirdi
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşanerin və digər hərbi qüvvə rəhbərlərinin istefasını Türkiyənin daxili məsələsi olaraq dəyərləndirib. ABŞ xarici işlər nazirliyinin Vaşinqtonda keçirilən gündəlik brifinqində çıxış edən Mark Toner Türkiyədə generalların istefa etmələri barədə sualı cavablandırarkən təfərrüatları bilmədiyini, lakin Türkiyədəki qurumlara güvəndiyini qeyd edib: “Bu Türkiyənin daxili məsələsidir. Türkiyə qurumlarının gücünə, demokratik və hərbi qurumlarının gücünə güvənirik”.

Səidə