“ABŞ Türkiyəni yeni müttəfiqlər axtarmağa məcbur edir” - Ərdoğan

abs-turkiyeni-yeni-muttefiqler-axtarmaga-mecbur-edir
Oxunma sayı: 3033

“ABŞ-ın Türkiyəyə qarşı atdığı təktərəfli addımlar sadəcə Vaşinqtonun maraqlarına zərbə vurur və Türkiyəni özünə yeni müttəfiqlər axtarmağa məcbur edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “The New York Times”da dərc olunan məqaləsində qeyd edib: 

“Çox gec olmadan Vaşinqton münasibətlərimizin assimmetrik ola biləcəyi düşüncəsini kənara qoymalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu təktərəflilik və hörmətsizlikdən əl çəkməsələr, yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq. ABŞ Türkiyənin suverenliyinə hörmət edib, millətimizin qarşılaşdığı təhlükələri anladığını sübut etməsə, müttəfiqliyimiz risk altında olacaq. Türkiyə vaxt müəyyən edib və ABŞ bu addımlardan çəkinməzsə, tərəfdaşlığımız təhlükə altına düşəcək”.