ABŞ Türkiyəyə “S-400”-ün alternativlərini təklif edir

abs-turkiyeye-s-400-un-alternativlerini-teklif-edir
Oxunma sayı: 1502

ABŞ Türkiyəyə Rusiyadan almaq istədiyi "S-400" zenit-raket kompleksinin alternativlərini təklif edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib:

“Əlbəttə, bu istiqamət yanlışdır. "S-400"-ə sahib olması bizim, həmçinin, Türkiyə ilə NATO-nun arasında problemlər yarada bilər. Biz onlara diplomatik təzyiqlər göstəririk, eyni zamanda alternativlər təklif edirik. Ümid edirəm, onların addımları NATO-nun məqsədlərinə uyğun olacaq”. 

Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə arasında "S-400"-lərin alınması ilə bağlı müqavilə imzalanıb.