ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım edəcək

abs-ukraynaya-250-milyon-dollarliq-herbi-yardim-edecek
Oxunma sayı: 647

ABŞ Konqresinin nümayəndələr palatası 2019-cu ildə Ukraynaya 250 milyon dollar hərbi yardım etmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2018-2019-cu illərin hərbi xərcləri ilə bağlı qanun layihəsi aprelin ortalarında Konqresə təqdim olunub. Ukraynaya hərbi yardım edilməsi qərarına 351 konqresmen səs verib, 66 nəfər əleyhinə çıxıb.

Layihə senata təqdim olunduqdan sonra prezident tərəfindən imzalanıb.