ABŞ və Çin razılığa gəldi

abs-ve-cin-raziliga-geldi
Oxunma sayı: 982

ABŞ və Çin heyətləri arasında aparılan danışıqlarda valyuta tənzimlənməsi məsələsində razılıq əldə olunub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Stiven Mnuçin məlumat verib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton və Pekin arasındakı “ticarət müharibəsi”nin sona çadırılması istiqamətində əhəmiyyətli irəliləyiş qeydə alınıb.

Mnuçin bildirib ki, Çinin nümayəndə heyəti daha 2 gün ABŞ-da qalacaq və bu müddətdə görüşlər davam etdiriləcək.