ABŞ və Türkiyə arasında viza böhranı bitir

abs-ve-turkiye-arasinda-viza-bohrani-bitir
Oxunma sayı: 1011

ABŞ Dövlət Departamenti Türkiyədən viza müraciətlərinin məhdud sayda qəbul edilməyə başlandığını açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada vizaları hələ də qüvvədə olan Türkiyə vətəndaşlarının ABŞ-a əvvəlki qaydada səyahət edə biləcəkləri bildirilib.

Yeni müraciət edənlərə isə vizaları təsdiq edilmədən səyahət planlaşdırmamaq tövsiyyə edilib.

Qeyd edək ki, sabah Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-a səfər edəcək. Müzakirə ediləcək mövzular içində viza böhranı da yer alıb.

Xatırladaq ki, 8 oktyabrdan etibarən iki ölkə arasında viza müraciətləri qarşılıqlı olaraq dayandırılıb.