ABŞ Venesuelaya uçuşları dayandırdı

abs-venesuelaya-ucuslari-dayandirdi
Oxunma sayı: 843

ABŞ-la Venesueal arasındakı siyasi gərginlik getdikcə artır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın nəqliyyat nazri Eleyn Lan Çao ölkəsinin Venesuelaya olan bütün uçuşları dayandırdığını bəyan edib:

“Bütün Amerika və xarici şirkətlərin Venesuela hava limanlarına və əksinə sərnişin daşıma səlahiyyətlərini ləğv edirəm”.

Nazir bu addımı sərnişinlərin təhlükəsiziliyini əsas gətirərək atdıqlarını bildirib. Bundan başqa, Venesuela ilə bütün ticari və yükdaşıma uçuşları da dayandırılıb.