ABŞ vitse-prezidenti İsrailə səfərini təxirə saldı

abs-vitse-prezidenti-israile-seferini-texire-saldi
Oxunma sayı: 1147

ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi qəbul etməsindən sonra 19 dekabrda Misir və İsrailə səfəri planlaşdırılan vitse-prezident Mayk Pensə qarşı etirazlar başlamışdı.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fələstində və Misirdə arzuolunmaz şəxs elan edilən Pens təzyiqlərə tab gətirə bilməyib və səfəri təxirə salıb.

Səfərin nə zaman həyata keçiriləcəyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Fələstin rəhbəri Mahmud Abbas, Misir şeyxi Əhməd ət-Tayyib və Misir Qibi Kilsəsi lideri Papa II Tavadros ABŞ-ın Qüdslə bağlı qərarına etiraz olaraq Penslə planlaşdırılan görüşlərini ləğv etmişdilər.