“ABŞ Xəzərlə bağlı danışıqlara təsir etmək istəyib” - XİN rəsmisi

abs-xezerle-bagli-danisiqlara-tesir-etmek-isteyib
Oxunma sayı: 1004

ABŞ Xəzərin hüquqi status ilə bağlı danışıqlara təsir etmək istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant”a müsahibəsində deyib:

“Qeyri-region oyunçuları tərəfindən danışıqlara təsir etmək cəhdləri bu danışıqların bütün 20 ili ərzində, o cümlədən son ana qədər mövcud olub”.

Bratçikov həmin siyahıya ABŞ-ın da daxil olduğunu vurğulayıb. 

Xatırladaq ki, Xəzərin hüquqi statusu ilə konvensiya avqustun 12-də Aktauda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə imzalanıb.