ABŞ yenə Suriyanı bombaladı, 12 dinc sakin öldü

abs-yene-suriyani-bombaladi-12-dinc-sakin-oldu
Oxunma sayı: 737

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya yenə də Suriyanın Xasəkə şəhərinə hava zərbələri endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bombardman nəticəsində 12 dinc sakin öldürülüb. 

Hava zərbələrinin hədəfində Tell əş-Şair kəndindəki evlər olub.

Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Xasəkə şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölmüşdü.