“Abşeron İnşaat”dan növbəti “kupça” kampaniyası - Fotolar

abseron-insaatdan-novbeti-kupca-kampaniyasi
Oxunma sayı: 3217

Bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Abşeron İnşaat” MMC-nin Yasamal rayonu M. Xiyabani küçəsində yerləşən binasından mənzil alan 40-a yaxın sakinə çıxarış təqdim olunub.

"Qafqazinfo" xəbər verir ki, bu proses ardıcıl olaraq bir neçə gün davam etdiriləcək və bütün sakinlər çıxarışla təmin olunacaq.

Bildirilib ki, bu günə kimi 60-a yaxın kütləvi çıxarış kampaniyası keçirilib və 11 min sakinə çıxarış təqdim olunub. Kütləvi çıxarış kampaniyalarının keçirilməsində əsas məqsəd daşınmaz əmlak bazarında leqal əmlakların sayının artırılması və sakinlərə  daha əlçatan olmaqdır. 

Sənədləri təqdim etməklə səyyar xidmət maşınlarında öz çıxarışlarını alan sakinlər də bu təşəbbüsü yüksək qiymətləndirib