“Abşeron” REŞ-də xeyli işlər görülüb

abseron-res-de-xeyli-isler-gorulub
Oxunma sayı: 651

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirin yüksək səviyyədə icra olunaraq vaxtında başa çatdırılması dayanıqlığın daha da artırılmasına müsbət təsir göstərəcək. 1-ci və 2-ci "Qala" xətlərində yenidənqurma tədbirləri görülüb, 1-ci, 2-ci "Zığ" xəttindəki dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunub. Bütün bunlarla yanaşı, 1-ci və 2-ci "Şirvan", həmçinin "Səngəçal" xətlərində böyük əhəmiyyət kəsb edən işlər həyata keçirilib. O cümlədən, əlavə aralıq dayaqlar basdırılıb.
Yeri gəlmişkən, hazırda 1-ci və 2-ci "Mingəçevir" xətlərinin çəkilişi həyata keçirilir, yeni dayaqlar quraşdırılır.

Hazırda yalnız “Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin xidməti ərazisi üzrə "Səngəçal" yarımstansiyasında və 205 saylı yarımstansiyada 2 ədəd eleqaz açarının quraşdırılması işləri qalıb. İlin sonuna kimi Bakı sahəsi üzrə müvafiq istiqamətdə başlanan işlərin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 500 kV-lik "Abşeron" yarımstansiyası ilə 220 kV-lik "Xırdalan" yarımstansiyaları arasında olan 220 kilovoltluq 3-cü və 4-cü "Abşeron" hava xətləri bütünlüklə yenilənib. Həmçinin 500 kV-lik "Abşeron" yarımstansiyasında yaxın zamanlarda quraşdırılması nəzərdə tutulan 400 MVA gücündə 3-cü avtotransformator artıq əraziyə gətirilib. Eyni zamanda 220 kV-lik “Müşfiq” yarımstansiyasında gücü 250 MVA olan 3 saylı avtoransformatorun quraşdırılması ilə əlaqədar olaraq yenidənqurma işləri davam etdirilir. 110 kV-lik “Qala” yarımstansiyasında isə 1 saylı 40 MVA transformator daha güclü transformatorla əvəz edilmiş və yanğınsöndürmə qurğusu quraşdırılaraq işlək vəziyyətə gətirilmişdir. 35/6 kV-lik qapalı paylayıcı quruluşda (QPQ) isə təmir-tikinti işləri davam etdirilir.

Nigar Məmmədli