Abşeron sakini onu bıçaqlayan qonşusunu bağışladı

abseron-sakini-onu-bicaqlayan-qonsusunu-bagisladi
Oxunma sayı: 983

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Sərvan Rəşidovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə prokuror ittiham aktını elan edib.

Belə ki, Abşeron rayon sakini Sərvan Rəşidov kiminsə hasardan evlərinə baxdığını görüb. Həmin şəxsin arxasınca qaçsa da, çata bilməyib. Geri qayıtdıqda küçədə olan qonşuların hasardan baxan adamı tanıyıb-tanımadıqlarını soruşub. Onlar isə bilmədiklərini deyiblər. Bu zaman S.Rəşidov qışqıraraq həmin adamı söyüb. Qonşusu Murad Xəlilov ona irad bildirib və yüksək səslə söyməməsini deyib. S.Rəşidov əsəbləşərək bıçaqla M.Xəlilovun qarnından  bir zərbə vurub. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

S.Rəşidov məhkəmədə ifadəsində özünü təqsirli bildiyini deyib. Zərərçəkmiş M.Xəlilov prosesdə iştirak etməsə də, barışıq ərizəsi göndərdiyi elan edilib. O, S.Rəşidovdan şikayətçi olmadığını və yüngül cəza verilməsini istədiyini bildirib.

Murad Əhməd