Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub

abseronda-17-evden-ogurluq-eden-sexs-tutulub
Oxunma sayı: 1593

Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.
 
A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət və geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.