Abşeronda 2 ev yandı

Abşeronda 2 ev yandı
Oxunma sayı: 363

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 m2 sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi