Abşeronda avtomobillər toqquşdu, yanğın başladı

abseronda-avtomobiller-toqqusdu-yangin-basladi
Oxunma sayı: 1076

Abşeronda yanğın olub.

"Qafqazinfo"nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayon ərazisində "Land Rover" və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə yanğın baş verib. Yanğın nəticəsində “Land Rover” markalı avtomobilin yanar hissələri və ərazidə 100 m² sahədə quru ot yanıb. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.