Abşeronda dəhşətli qətl

abseronda-dehsetli-qetl
Oxunma sayı: 876

Rayon Prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, 18 yaşlı Elmir İbrahimov 49 yaşlı anası Aygün İbrahimovanı öldürüb, onun yanında olmuş 20 yaşlı Nizami Abdullayevə isə ölümcül bıçaq zərbələri vurub.

Hadisə martın 4-də Müşviqabad qəsəbəsi, Quşçuluq massivindəki evdə baş verib. Qanlı hadisə namus üstündə törədilib. E. İbrahimov evdə anası ilə N. Abdullayevi bir yerdə yaxalayıb. Bıçağı götürərək hər ikisini bıçaqdan keçirib. Onu da əlavə edək ki, A. İbrahimova Müşviqabad qəsəbəsindəki orta məktəbdə tarix müəllimidir.

E. İbrahimov artıq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.