Abşeronda ev yanıb

abseronda-ev-yanib
Oxunma sayı: 911

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonunun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 70 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.