Abşeronda evə basqın - Ana ilə 5 yaşlı qızını bıçaqladılar

Abşeronda evə basqın
Oxunma sayı: 2646

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.

“Qafqazinfo”nun “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.

Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb.

Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi