Abşeronda evə silahlı basqın edildi

abseronda-eve-silahli-basqin-edildi
Oxunma sayı: 1989

Abşeron rayonunda qadının evinə basqın edilib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib.

Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb.