Abşeronda həyət evinə nadir quş düşdü - Fotolar

abseronda-heyet-evine-nadir-qus-dusdu
Oxunma sayı: 5595

Abşeronda nadir halda rast gəlinən Sultan quşu tapılıb.

“Qafqazinfo”nun  məlumatına görə, Sultan quşu Abşeron rayon sakini Qüdrət Feyziyevin həyətinə düşüb. 

Onun sözlərinə görə, bir neçə rəngə çalan quş göydən düşdükdən sonra bir daha səmaya qalxa bilməyib. 

Nadir quş artıq bir həftədir ki, heç nə yemədən Q. Feyziyevin həyətində yaşayır. Yalnız uşaqların verdiyi qurdlala qidalanan heyvan əgər belə gedərsə ölə bilər.

Qüdrət Feyziyev hazırda Sultan quşu adlandırdığı heyvanı lazımı təşkilatlara vermək üçün kömək istəyir.

Qeyd edək ki, Sultan quşu nadir hallarda Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Dövlət Ekologiya Komitəsinin hesablamalarına əsasən, 1993-cü ildə 130 min fərd qeydə alınıb. Adı “Qırmızı kitab”a salınıb.

Emin Kərimov