Abşeronda intihar cəhdinin qarşısı alındı

abseronda-intihar-cehdinin-qarsisi-alindi
Oxunma sayı: 840


“Qafqazinfo” xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər kişi intihara cəhd etmək məqsədilə binanın damına qalxıb. hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü onikimərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən atmaq niyyətindədir.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 14:45-də başa çatıb.