Abşeronda KAMAZ “Chevrolet”ə çırpıldı - Yaralananlar var

abseronda-kamaz-chevrolete-cirpildi
Oxunma sayı: 645

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

"99 GP 739" dövlət nömrə nişanlı "Chevrolet -AVEO" markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində "Chevrolet-AVEO" markalı avtompbil aşaraq yolun kənarına çırpılıb. Minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb.

Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.