Abşeronda maşın bacı-qardaşı vurdu - Biri öldü, digəri...

Abşeronda maşın bacı-qardaşı vurdu
Oxunma sayı: 877

Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, “Mercedes” markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub.

İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.

Araşdırma aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi