Abşeronda Novruz izdihamı - Fotolar

abseronda-novruz-izdihami
Oxunma sayı: 1502

Bu gün Abşeronda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Heydər Əliyev Parkında keçirilən şənlikdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhər sakinləri iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Parkda qutab, təndir çörəyi bişirilib, bayram şirniyyatları hazırlanaraq iştirakçılara paylanılıb.

Dədə Qorqud və Bahar qızı yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Bayram şənliyinin məşəlini alovlandırmaq üçün “Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla tonqal qalanıb. 

İcra başçısı İradə Gülməmmədovanın da qatıldığı bayram şənliyinə park gəzintisi ilə start verilib. 

Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər.

Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.