Abşeronda qazanxana yandı

abseronda-qazanxana-yandi
Oxunma sayı: 1068

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonunda ümumi sahəsi 35 m² olan qazanxananın taxtadan ibarət divar üzlüyü 20 m² sahədə və 5 p.m elektrik kabeli yanıb.

Qazanxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.