Abşeronda süd məhsulları anbarında yanğın olub

Abşeronda süd məhsulları anbarında yanğın olub
Oxunma sayı: 816

Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Məmmədli kəndində baş verib.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.
 
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi