Abşeronda top mərmisi aşkarlanıb

abseronda-top-mermisi-askarlanib
Oxunma sayı: 780


“Qafqazinfo” xəbər verir ki, FHN-nin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd kalibri 152 mm olan top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.