Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - Fotolar

abseronda-turk-sehidliyi-abidesi-insa-olunur
Oxunma sayı: 1415

Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur

Abidənin ətrafında 500 ədəd ağac əkildi

1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunur.

"Qafqazinfo" xəbər verir ki, bu gün Abşeronun icra başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin 1-ci müavini Volkan Öskiper, hər iki ölkənin rəsmi şəxsləri və ziyalılar abidənin tikintisi ilə yaxından tanış olmaq məqsədi ilə əraziyə gəliblər. 

Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərazidə salınmış abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.

Mərasimdə çıxış edən İ.Gülməmmədova,  V.Öskiper və rayon ictimaiyyətinin nümayəndələri Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından ətraflı söhbət açıblar.

Daha sonra abidənin ətrafında abşeronlu könüllülərin iştirakı ilə 500 ədəd ağac və gül kolları əkilib.