Abşeronda yanğın, bir nəfər həlak oldu

abseronda-yangin-bir-nefer-helak-oldu
Oxunma sayı: 1005

Abşeron rayonu, Məmmədli kəndində ölümlə nəticələnən yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.